“Barselona” baş məşqçi postuna əsas namizədin adını açıqladı

 

 

İspaniyanın “Barselona” klubu növbəti mövsüm üçün baş məşqçi postunda dəyişiklik etməyə hazırlaşır.

Qeyd olunur ki, hazırda “Liverpul” almaniyalı baş məşqçisi Yurgen Klopp “Barselona”nın sükanı arxasına keçməyə ən real namizəddir.

Klub rəhbərliyi cari mövsümün keçid xarakteri daşıdığını düşünür. “Barselona” rəhbərliyi hazırkı baş məşqçi Ronald Kumanla 2022-ci ildə başa çatacaq müqaviləni isə yeniləmək niyyətində deyil.

İspaniya klubu növbəti il üçün əsasən baş məşqçi və hücumçu problemini həll etmək niyyətindədir.

Komandanın sabiq futbolçusu Xavi də namizədlərdən biridir, lakin əsas prioritet məhz Yurgen Kloppdur.

Mənbə: Sport.es

0.23799204826355