Nobel qardaşları haqqında 5 fakt

 

Nobel qardaşları: Lüdoviq, Robert və Alfred Rusiyada silah hazırlamaqla məşğul idilər. Robert Bakıda olarkən, sahibkarların neftdən böyük gəlir əldə etdiklərinin şahidi olur. Peterburqa qayıdandan sonra qardaşı Lüdoviqi razı salır ki, neft istehsalı ilə məşğul olsunlar. Sonra Robert Bakıya qayıdaraq, burada kiçik zavod və torpaq sahəsi alır.

Nobellər qazma işlərində ilk dəfə elektrik enerjisindən istifadə etmişdirlər. Neftin sisternlərdə dəmir yolu vasitəsi ilə daşınması və neftin dəmir rezervuarlarda saxlanması da Nobel qardaşları tərəfindən tətbiq edilmişdir. Dünyada ilk neft daşıyan "Zaraostra" tankeri 1877-ci ildə Nobellərin sifarışi ilə Bakıya gətirilmişdir.

Nobel şirkəti sayəsində, qısa müddətdə Qara şəhər kimya mərkəzinə çevrilmişdi. Şirkət tərəfindən burada kükürd turşusu zavodu, kerosin zavodu, benzin zavodu, parafin zavodu, geniş mexaniki zavodlar, taxta doğrayan zavod və s. tikilmişdir. Onlar işlənmiş kükürd turşusundan təzədən istifadə edirdilər. Bu, artan tələbatı ödəməyə imkan verirdi və zavodun ətrafı zibillərdən təmizlənirdi.

Nobellərdən əvvəl neft zavodlara at arabası ilə daşınırdı və bu baha başa gəlirdi. Daşınma xərclərini azaltmaq üçün “Nobel qardaşları” Balaxanıdan Qara şəhərə neft kəməri çəkdirmişdirlər. Kəmərin çəkilməsi neft daşımaqla böyük gəlir əldə edən Balaxanı arabaçılarını çıxılmaz vəziyyətə salır və onlar firmaya qarşı etiraz edirdilər. Hətta neft kəmərlərinin partladılması təhlükəsi var idi. Kəməri deşərək neft oğurlamaq halları da tez-tez baş verirdi. Qorxuya düşən “Nobel qardaşları” kəmər boyu kazak keşikçi dəstələri qoyurdular.

Alfred Nobel şirkətin idarə heyətində iştirak etməsə də, öz məsləhətləri ilə şirkətə kömək edirdi. Ölümündən sonra onun 50 milyon kapitalı qalır: bu məbləğin 12,4 faizi “Nobel qardaşları şirkəti”ndən gəlir idi. Öləndə vəsiyyət edir ki, hər beş ildən bir onun kapitalından gələn gəlir insanlara xidmət etmiş şəxslərə mükafat kimi verilsin. Hər beş ildən bir onun kapitalından gələn gəlir 5 hissəyə bölünür və “Nobel mükafatı”  formasında fizika, kimya, fiziologiya, tibb və ədəbiyyat sahəsindəki nailiyyətlərə görə mükafat kimi verilir.
Demokratikmusavat.com

0.13218212127686