İlin əvvəlindən əhalinin sosial müdafiəsinə dair 11,5 milyon müraciət qeydə alınıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 2021-ci ilin yanvar-sentyabr aylarında 11,5 milyon müraciət qeydə alınıb. 

Nazirlikdən bildirilib ki, müraciətlər üzrə əmək münasibətləri, məşğulluq, sosial müdafiə və sosial təminat, sosial sığorta, əlillik və reabilitasiya, övladlığagötürmə və s. üzrə vətəndaşlara xidmətlərin göstərilməsi təmin olunub.

Ümumilikdə Nazirlik üzrə 170 xidmətdən 105-i e-platforma üzərindən göstərilir. Bu e-xidmətlərin böyük hissəsi sosial təminat sahələri ilə bağlıdır. Həmçinin 44 e-xidmət proaktiv qaydada (şəxsin sosial təminat növünə hüququ yarandığı halda bu hüququn müraciət olunmadan və sənəd təqdim edilmədən avtomatik reallaşdırılması) xidmətlərin göstərilməsini təmin edir.

Hazırda qurumun fəaliyyət sahələri üzrə daha 56 xidmətin də elektronlaşdırılması üçün işlər aparılır. Onlardan 20-ə qədəri proaktiv xidmətlər olacaq.

0.3175630569458