Azərbaycanda gələn il üçün ehtiyac meyarının həddi 200 manata qaldırılır

 

Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi artırılır.

“Report”un əldə etdiyi məlumata görə, bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2022-ci il üçün ehtiyac meyarının həddinin 200 manat olması nəzərdə tutulur.

Qeyd edək ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində olub.

0.13701295852661