Rusiyada yaşayış binasında partlayış: Uşaqlar pəncərədən çölə atılıb - VİDEO

 

Rusiyada Kalininqrad vilayətinin Baltiysk şəhərində yaşayış binasında güclü partlayış baş verib.

Partlayışdan sonra binada yanğın başlayıb. İkinci mərtəbənin sakinləri həyatlarını xilas etmək üçün övladlarını evin pəncərələrindən atmağa məcbur olublar.

Köməyə gələn insanlar uşaqları tutmağa kömək ediblər.

İlkin məlumatlara görə, partlayış evin birinci mərtəbəsində olub.

Mənbə: BAZA “Telegram”

0.15665102005005