Kumanın avtomobili azarkeşlərin hücumuna məruz qalıb - VİDEO

 

 

Madrid “Real”ına 1:2 hesablı məğlubiyyətdən sonra “Barselona” klubunun baş məşqçisi Ronald Kumanın avtomobili kataloniyalı azarkeşlər tərəfindən hücuma məruz qalıb.

Ronald Kuman avtomobili ilə “Kamp Nou” stadionunu tərk edərkən fanatların qəzəbinə tuş gəlib.

Azarkeşlər niderlandlı mütəxəssisin avtomobilini mühasirəyə alıb, onu döyəcləyib və yüksək səslə müxtəlif şüarlar səsləndiriblər.

Xatırladaq ki, İspaniya La Liqasının 10-cu turunda “Barselona” və “Real” üz-üzə gəlib. “Kamp Nou”da baş tutan “El Klasiko” Madrid təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Mənbə: “Championat”

0.12197709083557