“Dune” fantastik filmi barədə yeni planlar açıqlandı - FOTO/VİDEO

 

“Dune” fantastik filminin davamı çəkiləcək.

Bu barədə Warner Bros. şirkətinin baş direktoru Enn Sarnoff məlumat verib.

“Filmə baxsanız, onun nə ilə bitdiyini görəcəksiniz. Əminəm ki, bu sualın cavabını bilirsiniz”, - deyən Sarnoff məşhur franşiza barədə gələcək planları olduğunu təsdiqləyib.

Məlumata görə, filmin yeni hissəsində rejissor Deni Vilnev daha çox diqqəti aktrisa Zendeyanın personajına yönəltmək istəyir.

Mənbə: “Deadline”

0.17024493217468