Pizza dəyərinə alınan şəklin məşhur rəssamın əsəri olduğu ortaya çıxdı - FOTO

 

Britaniyalı cütlüyün cüzi məbləğə aldığı rəsmin məşhur rəssam Lucyen Freydin qiymətli əsəri olduğu ortaya çıxıb.

Məlumata görə, kişi portreti daha iki əsərlə bir yerdə cütlüyə 12 funt sterlinqə (təqribən 28 manat) başa gəlib. Portretin dəyərini bilməyən yeni sahibləri, onu az qala motosiklet təmiri zamanı korlamaq üzrə olublar.

Lakin onlar təsadüfən “Muzeyin Sirlər” televiziya şousunda oxşar əsərləri görüblər. Hərrac evinə müraciət etdikdən sonra isə əsərin rəssam David Dousonun 46 qravüründən biri olduğu təsdiqlənib.

Əsər hərraca çıxarılacaq. İlkin olaraq şəkil 18 min funt sterlinq (42,2 min manat) qiymətləndirilib.

“Cütlüyə pizza qiymətinə əldə etdikləri çapın bəlkə də 20-ci əsrin ən məşhur fiqurativist-rəssamının əsəri olduğunu bildirməkdən məmnun oldum”, - deyə 20-ci əsr sənətşünası Uill Gilding bildirib.

“Belə bir dəyərli əsərin demək olar ki, pulsuz verilməsi isə hələ də sirr olaraq qalır”, - deyə Gilding əlavə edib.

Mənbə: “Daily Mail”

0.13258218765259