Beynəlxalq Vokalçılar Festivalında “Azərbaycan operetta inciləri” təqdim olunub - FOTO

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Azərbaycan operetta inciləri" konsert proqramı təqdim olunub.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə Teatrın orkestri, balet truppası, Əməkdar artistlər Şövqi Hüseynov, Nərgiz Kərimova, Səidə Şərifəliyeva və başqaları iştirak ediblər.

Tədbir tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb.

0.14260697364807