Özbəkistanda ABŞ hərbi qüvvələri yerləşdirilə bilər - İDDİA

 

Özbəkistanda ABŞ hərbi qüvvələri yerləşdirilə bilər.

Müvafiq iddia ilə “Politico” nəşri çıxış edib.

Bildirilib ki, burada söhbət antiterror qüvvələrindən gedir.

Məlumata görə, Pentaqonun nümayəndə heyəti məsələ ilə bağlı danışıqların növbəti raundunda iştirak etmək üçün bu ay ərzində Özbəkistana səfər edəcək.

Səfər çərçivəsində ölkə rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Pentaqon xeyli müddətdir Mərkəzi Asiya ölkələrində hərbi qüvvələrinin yerləşdirilməsi istiqamətdə Tacikistan, Qırğızıstan və Özbəkistanla danışıqlar aparır. ABŞ Müdafiə Nazirliyinin bu ölkələrdəki keçmiş Sovet hərbi bazalarından istifadə etmək istədiyi bildirilir.

Mənbə: “Politico”

0.11167693138123