Prezident "Pandora sənədləri"ndən danışdı

 

"Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam"

Demokratikmusavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev "Pandora sənədləri"  barədə danışarkən deyib: "Mən on səkkiz ildir Prezidentəm. Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz".
Akif Nəsirli

0.22984409332275