Bakıda kişi qonşusunu bıçaqladı

 

Bakının Xəzər rayonunda 28 yaşlı gənc bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib.

1993-cü il təvəllüdlü Şərbətov Emin Kərim oğlu qonşuluqda yaşayan şəxslə dava edib. Dava zamanı E.Şərbətova üç bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

0.2392909526825