Azərbaycana göndərilən Türkiyə hərbçiləri “Ümid” körpüsündə qarşılandı – FOTO

 

Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanda keçiriləcək “Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edəcək hərbi qulluqçuları Azərbaycana gəlib.

Bu barədə Türkiyə Müdafiə Nazrliyinin sosial şəbəkə səhifəsindən paylaşım edilib.

Paylaşımda qardaş ölkə hərbçilərinin Türkiyə ordusunun 1-ci mexaniki piyada briqada komandanlığından yola salındığı qeyd edilib.

Həmçinin, onların Azərbaycan hərbçiləri tərəfindən Araz çayı üzərindəki “Ümid” körpüsündə qarşılandığı bildirilib.

 

0.24181699752808