Bu gün Azərbaycanda Bilik Günüdür

 

Bu gün Azərbaycanda Bilik günü kimi qeyd olunur. 

2004-cü ilə qədər Bilik günü sentyabrın 1-nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb.

Beləliklə, həmin gün Bilik günü kimi qeyd olunub. 

Qeyd edək ki, Azərbaycanda davam edən karantin rejimi ilə bağlı olaraq, bu il ölkə üzrə təhsil müəssisələrində əyani tədris l-IV siniflər üzrə 22 sentyabr tarixindən, V-XI siniflər üzrə və ali təhsil müəssisələrində isə 29 sentyabr tarixindən başlayır.

0.27100205421448