İsfar Sarabski və caz-trio “Baku Jazz Festival”ına rəng qatdı – FOTO

 

 

“Baku Jazz Festival”ı çərçivəsində Elvin Bəşirov, Ruslan Hüseynov və İsfar Sarabskinin möhtəşəm konserti baş tutub.

Demokratikmusavat.com xəbər verir ki, konsert “Beer Hall & Music” klubunda keçirilib.

Əslində, Azərbaycan caz həvəskarlarının bu isimlərlə tanışlığa ehtiyacı yoxdur. Bu üçlük səhnədə olanda bir duyğu vulkanı kimi hərəkət edir.

Bu dəfə də üç ustad tək bir səsi birləşdirərək tamaşaçıları əlçatmaz yüksəkliklərə apardı, onları sanki hipnoz vəziyətinə saldılar.

Gecənin kulminasiya nöqtəsi sevilən, tanınmış mövzularda  tamaşaçıları heyrətləndirən orijinal tapıntılar oldu.

“Baku Jazz Festival” 10-18 sentyabr tarixlərində klub formatında keçirilir. Festival ənənəvi olaraq caz musiqisinin müxtəlif üslub və istiqamətləri ilə (avanqard, ənənəvi klassik, etno-caz, simfonik caz) ictimai konsertlər təqdim edir. 

Builki qonaqlar arasında Hollandiya, Macarıstan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan olan musiqiçilər var.

 

0.23747301101685