Del Pyero: “Uğursuzluğun yeganə səbəbi Ronaldu deyil”

 

 

“Yuventus”un sabiq hücumçusu Alessandro Del Pyero komandanın yeni mövsümdə uğursuz startı ilə əlaqədar fikirlərini bölüşüb.

İtaliya millisinin sabiq futbolçusu etiraf edib ki, komandanın əldə etdi son nəticələr onun üçün də gözlənilməz olub.

“Məncə uğursuz çıxışın bir çox səbəbi var. Hamı səbəb kimi son anda klubdan ayrılan Kriştianu Ronaldunu göstərir. Ancaq uğursuzluğun bir çox səbəbi var. Alleqrinin gəlişindən sonra “Yuventus”un köhnə oyununu nümayiş etdirmək üçün zamana ehtiyacı var. Əlbəttə futbolçular özləri hansı vəziyyətlə üzləşdiklərini başa düşürlər. Alleqri kimi komandanın təcrübəli futbolçuları da, bu məqamda əsas rolu oynamalıdırlar. Daha əvvəl baş verənləri, komandadan kimlərin getdiyini unutmaq olduqca vacibdir. Ən vacib məqam hazırda klubda kimlərin çıxış etməsidir”, - deyə 46 yaşlı sabiq “Yuventus”lu bildirib.

Qeyd edək ki, “Yuventus” İtaliya A seriyasında keçirdiyi ilk üç görüşdə yalnız bir xalla kifayətlənib.

 

0.22081208229065