“Transformerlər”in növbəti hissəsi qədim şəhərdə çəkiləcək

 

“Transformerlər” silsiləsindən olan növbəti filmin çəkilişləri Perudakı qədim Maçu-Pikçu şəhərində aparılacaq.

Artıq Peru hökuməti çəkilişlərə razılıq verib.

İnklərin şəhərinə yalnız canlı insanların daxil ola biləcəyi qeyd edilib.

Çəkilişlərdə ancaq iki nəfər baş rol ifaçısının iştirakına icazə verilib.

Məlumat üçün bildirək ki, Maçu-Pikçu YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxildir.

Mənbə: “Andina”

0.23840308189392