Rusiyada yaşayış binasında dəhşətli partlayış - FOTO/VİDEO

 

Rusiyanın Noqinsk şəhərində doqquzmərtəbəli yaşayış binasında qaz partlayışı olub.

İlkin məlumatlarda binanın ikinci və üçüncü mərtəbələrinin, qismən də dördüncü mərtəbəsinin konstruksiyalarının zədələndiyi bildirilib. Ümumilikdə 5 mənzilə zərər dəydiyi vurğulanıb.

Partlayış nəticəsində zərərçəkənlər var. İndiyə qədər ikisi uşaq olmaqla üç nəfər xilas edilib.

Hadisə yerinə 60 nəfərlik heyət və 24 vahid texnika cəlb olunub.

Mənbə: “RİA Novosti”

0.26762294769287