Məşhur ifaçı ikinci dəfə ana oldu - FOTO

 

Amerikalı hip-hop ifaçısı Kardi Bi və əri reper “Offset”in ikinci övladları dünyaya gəlib.

Ulduz bu barədə “Instagram” səhifəsində paylaşım edib.

“Nəhayət oğlumuzla tanış olduğumuz üçün çox xoşbəxtik. Ailəsi və dostlarımız artıq onu çox sevirlər, onu digər qardaş və bacıları ilə tanış etmək üçün səbirsizliklə gözləyirik”, - deyə  ifaçı sevincini bölüşüb.

Cütlüyün həmçinin üç yaşlı Kalçer Kiari Sifes adlı qızları var.

0.14156913757324