Pərəstişkarı məşhur reperin alnından 24 milyon dollarlıq brilyantı qopardı - FOTO/VİDEO

 

Amerikalı reper Lil Uzi Vertin (Saymir Vuds) alnına implant edilmiş milyon dollarlıq brilyant pərəstişkarı tərəfindən qoparılıb.

Bu barədə ifaçının özü xəbər verib.

Musiqiçinin sözlərinə görə, hadisə Mayamidə “Rolling Loud” hip-hop festivalında baş verib. Belə ki, reperin ifası zamanı izdihamın içindən səhnəyə tullanan pərəstişkarı onun alnına taxılmış qiymətli daşı qoparıb.

Qeyd edək ki, Lil Uzi Vert brilyantı alnına fevral ayında etdirmişdi. Sənətçinin dediyinə görə, 24 milyon dollarlıq (təxminən 40,8 milyon manat) dəyərli daş üçün pulu dörd il ərzində yığıb.

Sonradan məlum oldu ki, reper alnına implant olunmuş brilyantı bir müddət öncə . Ancaq “Rolling Loud”  festivalı üçün yenidən geri qaytarıb.

Xatırladaq ki, Lil Uzi Vert debüt “Money Longer”in mahnısı ilə dünya miqyasında tanınıb. 2017-ci ildə onun “XO TOUR Llif3” kompozisiyası ilk 10-luğunda düşüb.

Mənbə: TMZ

0.3254280090332