Güclü külək Bakıda fəsadlar törətdi - YENİLƏNİB + FOTO

 

Güclü külək səbəbindən paytaxt ərazisində 46 ağacın budağı qırılıb.

Bu barədə Demokratikmusavat.com-a Bakı Şəhrə İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, gecə saatlarından davam edən güclü küləyin paytaxt ərazisində yaratdığı fəsadlar operativ şəkildə aradan qaldırılır.

Könül Cəfərli

09:16

Gecə saatlarından başlayan güclü külək paytaxtda ağacları aşırıb. 

Demokratikmusavat.com xəbər verir ki, paytaxtın Nəsimi, Yasamal və Nərimanov rayonlarında müxtəlif küçə və prospektlərdə ağaclar aşıb.

Bunun nəticəsində bəzi prospektlərdə yollar bağlanıb.

0.22263503074646