Tokio-2020: Cüdoçumuz ikiqat Avropa çempionu ilə güləşəcək - FOTO

 

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Demokratikmusavat.com xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/16 final mərhələsində İslam Bozbayevlə (Qazaxıstan) üz-üzə gəlib.

O, Qızıl xal bölümündə rəqibinə vaza-ari ilə qalib gələrək 1/8 finala yüksəlib. O, bu mərhələdə ikiqat Avropa çempionu Mixail İqolnikovla (Rusiya) qarşılaşacaq.

0.1105260848999