Marsoxod “qırmızı” planetdə həyat izlərinin axtarışına başladı

 

ABŞ Aerokosmik Agentliyinin (NASA) “Perseverance” roveri Marsda başlıca hədəfi olan həyat izlərinin axtarışı istiqamətində fəaliyyətə başlayıb.

Bu barədə NASA-dan məlumat verilib.

Alimlərin sözlərinə görə, əgər qırmızı planetdə nə zamansa həyat mövcud olubsa, demək ki, onun izləri də mütləq qalmalıdır.

Qeyd edək ki, “Perseverance” roveri “Ingenuity” helikopterilə birlikdə fevralın 18-də Marsın səthinə eniş edib.

0.053351163864136