Antarktidada gölün qəfil itməsinin səbəbi açıqlanıb - FOTO

 

Antarktidadakı Eymeri buz şelfinin peyk şəkillərini təhlil edən alimlər onun səthindən yayda yaranan gölün itdiyini görüblər.

“RİA Novosti”nin məlumatlarına görə, tədqiqat nəticələri “Geophysical Research Letters” jurnalında dərc edilib.

Radar görüntülərinin təhlili göstərir ki, 2019-cu ilin iyun ayında 600-750 milyon kubmetr su həcmində olan böyük göl bir həftədən az müddətdə yoxa çıxıb. Onun yerində isə əvvəllər gölün səthində təxminən on kvadrat kilometrlik sahəsi olan krater kimi bir çökəklik qalıb.

Alimlər hesab edir ki, dərin göldə yığılmış su buz şelfində çat əmələ gətirərək okeana axıb.

“Buz vadisi” adlandırılan bu çökəklikdə 2020-ci ilin yaz mövsümündə yeni bir göl əmələ gəlib, lakin zamanla onun da səviyyəsi azalıb. Mütəxəssislər ehtimal edir ki, gölün altındakı çat periodik olaraq açılır.

0.19174695014954