İsraildə əvvəllər məlum olmayan qədim insan qalıqları tapılıb

 

İsrailin mərkəzində 120-140 min yaşlarında əvvəllər məlum olmayan qədim insan növlərinin qalıqlarını aşkar ediblər.

“Science” jurnalında dərc olunan materialda bildirilir ki, tapıntı həm neandertallara, həm də homo cinsinin daha qədim nümayəndələrinə bənzəyir.

Bu sümükləri eyni dövrün digər tapıntıları ilə müqayisə edən tədqiqatçılar müəyyənləşdiriblər ki, bu yaxınlarda qonşu mağaralarda tapılan, İsrail “Neandertalları”nın qalıqları olması iddia edilən tapıntıların bir çoxu əslində yeni qədim insan növünə aiddir.

0.1585578918457