Özünü Bülənt Ərsoya bənzədib insanların diqqətini çəkdi - VİDEO

 

Türkiyənin Yalova şəhərində makiyajı və geyimi ilə özünü məşhur türkiyəli sənətçi Bülent Ərsoya oxşadan qadın yerli sakinlərin diqqətini çəkə bilib.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, Zöhrə Özdemir stilist-vizajistdir və məşhur sənətçinin pərəstişkarıdır.

Z.Özdəmir bildirib ki, o, bu görünüşü ilə xüsusən pandemiya dövründə insanlara xoş əhval-ruhiyyə bəxş etmək niyyətindədir.

“İnsanların müsbət münasibətinin şahidi oldum. Yalovalıların məmnun qaldığını düşünürəm. Özümü xoşbəxt hiss edirəm”, - deyə Z. Özdemir bildirib.

0.19330906867981