İzmirdə ailə cinayəti: Qız evlənmək istəməyən anasını öldürdü - FOTO

 

Türkiyənin İzmir şəhərində Qazaxıstan əsilli Gülüstan Aidarova qızı tərəfindən qətlə yetirilib.

DHA xəbər verir ki, 29 yaşlı E.A. anasının birgə yaşadığı kişi ilə yalnız dini nikahı olduğunu, evlənməyəcəyini öyrənəndən sonra onların arasında mübahisə düşüb.

Nəticədə qız 55 yaşlı anasını bıçaqlayaraq öldürüb, sonra isə torbaya qoyaraq eyvanda saxlayıb.

Üç gündən sonra evə gələn qonaqlar eyvandan gələn pis qoxunu hiss ediblər və qadının öldürüldüyü üzə çıxıb.

Polis üç uşaq anası olan E.A.-nı nəzarətə götürüb.

0.27555799484253