Zaxarova: “Azərbaycan - Ermənistan sərhədində gərginlik azalır”

 

Rusiya təsdiqləyir ki, son həftələrdə Azərbaycan - Ermənistan sərhədində gərginlik azaldıla bilib.

TASS-ın məlumatına görə, bu sözləri Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

“Problemin davamlı və uzunmüddətli həlli kimi iki ölkə arasındakı sərhədin delimitasiyası üzrə işlərin tezliklə başlanmasını görürük.

Bu prosesə ən aktiv şəkildə kömək etməyə hazır olduğumuzu təsdiqləyirik”, - deyə M.Zaxarova bildirib.

0.17840099334717