Xaricdən gələn bağlamaların bəyan edilməsi artıq daha asan oldu: Gömrüyün şərhləri

 

2021-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən yaradılan “Smart Customs” tətbiqi öz fəaliyyətinə başlayıb. Bu tətbiq vasitəsilə Azərbaycan vətəndaşlarına xaricdən gələn malları onlayn qaydada gömrük rəsmiləşdirilməsindən keçirmək təklif olunur. 

“Smart Customs” tətbiqinin istifadəsinin sadələşdirilməsi və xaricdən sifariş etdiyiniz malları rahat əldə edilməsi üçün yeni xidmət yaradılıb. Hazırda onu Bakıda ilk olaraq yerli çatdırılma şirkətlərindən biri tətbiq edir. Artıq gömrük bəyannaməsini istifadəçi deyil, çatdırılma xidməti doldurur. 

“Yeni layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq. Beynəlxalq poçt göndərişləri və ya daşınma şirkətləri vasitəsilə xaricdən mal gətirən fiziki şəxslər artıq gömrük orqanına gəlməyəcək, bütün gömrük əməliyyatlarını gömrük əməkdaşı ilə təmasda olmadan həyata keçirə biləcək”,-deyə Dövlət Gömrük Komitəsinin Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsinin rəisi Rauf Quliyev bildirib.

Yeni xidmət artıq “Tezzex” çatdırılma şirkəti tərəfindən uğurla tətbiq edilməkdədir.

İndi hər bir istifadəçi Tezzex.com saytına daxil olaraq məlumatları yalnız bir dəfə daxil etməlidir.

Onlayn alış-veriş edərkən istənilən məhsulun linkini çatdırılma xidmətinin veb saytındakı müəyyən pəncərəyə əlavə etmək kifayətdir. Sistemin özü sifarişi emal edəcək, malları əldə edəcək və şirkət onların gömrük rəsmiləşdirilməsilə bağlı bütün zəruri prosedurları həyata keçirəcək. Öz növbəsində “Tezzex” xidməti malların Azərbaycana, müştərinin istəyinə əsasən isə birbaşa ünvana çatdırılmasını təmin edəcək.

Beləliklə, artıq xaricdən mal sifariş etmək prosesi cəmi bir neçə saniyə çəkir: Linkin kopyalanmasından çatdırılma xidmətinin veb saytında dərc edilməsinədək.

Bu prosesın xeyli sadələşdirilməsi vətəndaşların əlverişli qiymətlərlə mal əldə edə bilməsi üçün həyata keçirilir.

 

0.1470320224762