Qarabağın elektrik enerjisi ilə təchizatı necə həyata keçiriləcək?

 

Qarabağda inşa edilən Şuşa yarımstansiyası da istifadəyə verilib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.

O bildirib ki, Kəlbəcərdə də yeni 110 kV-luq yarımstansiyanın tikinti işləri gedir:

“Eyni zamanda Murov dağını aşmaqla Kəlbəcərə 70 kilometr məsafədə 110 kV-luq ikidövrəli xətt də çəkilir”.

T.Abdullayev Qarabağda inşa edilən digər yarımstansiyalar barədə də məlumat verib:

“İşğaldan azad edilən ərazilərdə Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarına 110kV-luq yeni xətlər çəkilir. Ağdamda 110 kV-luq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir. Bundan başqa “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında işlər yekunlaşıb”.

Könül Cəfərli

0.16675686836243