Murat Kekillidən avtomobilini oğurlayanlara qəribə tövsiyə - FOTO

 

Türkiyənin məşhur müğənnisi Murat Kekillinin təmirxanadan avtomobili oğurlanıb. Ən maraqlısı isə motorunda yaranan problemə görə evakuatorla yola salınan maşını oğrular işə salıb aparıblar.

Bu barədə “Haber Global” xəbər verib.

Lakin sənətçinin maşını bir müddət sonra yolda sönüb. Bu səbəbdən oğrular onu tərk edərək qaçıblar.

Maşın ifaçıya təslim edilib. Polis oğruların axtarışına başlayıb.

Murat Kekilli baş verənlərə özünün “Twitter” hesabından münasibət bildirib.

“Maşının xarab motorunu işə salıb qaçıblar. Oğurluq etmək əvəzinə təmirxana açsaydınız, varlanardınız”, - deyə o bildirib.

0.089092969894409