BTS qrupu eyni anda bir neçə rekorda imza atdı - VİDEO

 

Cənubi Koreyanın BTS qrupu “Butter” musiqsinin  klipi üçün bir neçə yeni rekorda imza atıb.

Bu barədə “Star News” xəbər yayıb.

Bildirilir ki, təqdimat zamanı klipi bütün dünyada eyni anda 4 000 000 adam izləyib.

“Butter” paylaşıldığı ilk 24 saatda 108 milyon baxışla ən çox baxılan klip olub. Hazırda klipə 277 milyondan çox insan baxıb.

Yeri gəlmişkən bundan əvvəlki rekord da BTS-ə aid olub. Onların “Dyinamite” klipinə eyni anda 3 000 000 adam baxmışdı.

0.14682817459106