Monika Belluçi şəxsi arxivindən FOTOSUNU paylaşdı

 

Məşhur aktrisa və seks simvol Monika Belluçinin şəxsi arxivindən nadir fotosu yayılıb.

Kadrları model özünün “Instagram” hesabında paylaşıb.

“Mələklərim, çox sağ olun. Hər gün mənə öyrətdiklərinizə görə təşəkkür edirəm. Bütün anaları təbrik edirəm”, - deyə o, Fransada Analar günü münasibətilə dərc etdiyi görüntülərə şərh yazıb.

Qeyd edək ki, tanınmış aktyor Vensan Kassellə Monikanın evliliyindən iki qız dünyaya gəlib. Böyük övladları Devanın 16 yaşı var və artıq modellik istiqamətində uğurlu addımlar atıb. Leoninin isə 11 yaşı var.

 

0.14574718475342