Müəllifin adının səhv qeyd olunduğu “Harri Potter və fəlsəfə daşı”nın ilk nüsxəsi hərraca çıxarılıb - FOTO

 

Nümunə üçün tirajlanmış və müəllifin adının səhv qeyd olunduğu nadir “Harri Potter və fəlsəfə daşı” kitabı hərraca çıxarılıb. 

Bu barədə UPI xəbər agentliyi məlumat verib.

Kitab 1997-ci ildə rəsmi nəşr olunmasından əvvəl “Bloomsbury” tərəfindən tənqidçilər üçün 200 nüsxə tirajla çap edilib.

Başlıq səhifəsində isə müəllifin adı “J.A.Rowling” əvəzinə “J. K. Roulinq” kimi göstərilib.

Nüsxə 5,6 min dollar (9,5 manat) dəyərində qiymətləndirilib.

Qeyd edək ki, “Harry Potter və fəlsəfə daşı” sehrbaz oğlanın sərgüzəştlərindən bəhs edən romanların ilkidir.

0.11906981468201