Ceyhun Bayramov ATƏT-in iclasında çıxış edəcək

 

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Avstriyaya yola düşüb.

Bu barədə Demokratikmusavat.com-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində Ceyhun Bayramovun ATƏT-in Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

0.12439393997192