Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub

 

Bu gecə İsrail ordusunun Qəzza zolağındakı evin vurması nəticəsində ən azı 8 fələstinli ölüb.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bu barədə Fələstinin Amad xəbər portalı məlumat yayıb.

Məlumata görə, hadisə Qəzza şəhərinin qərbindəki Eş-Şatı qaçqın düşərgəsində baş verib. Bir ailənin üzvlərinin yaşadığı yaşayış binası bombardman zamanı tamamilə dağılıb.

Ölənlər arasında altı uşağın olduğu bildirilir. Təxminən 20 yaralı Qəzza Mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda yerində xilasedici xidmətin əməkdaşları və sağ qalanları axtarmaq üçün dağıntıları təmizləyən onlarla yerli sakin var.

Demokratikmusavat.com

0.27989196777344