Sevgiləri 8 ay çəkdi

 

42 yaşlı Keti Holmsun 33 yaşlı Emilio Vitolo ilə sevgi münasibəti bitib.

Demokratikmusavat.com Axşam.az-a istinadən xəbər verir ki, aktrisanın meneceri ayrılıq məlumatlarını təsdiqləyib. O bildirib ki, Keti və Emilio dost qalıb.

"Keti bundan sonra qızının tərbiyəsi ilə məşğul olacaq. Eyni zamanda layihələrinə vaxt ayıracaq" deyə, menecer əlavə edib.

Qeyd edək ki, aktrisanın Tom Kruzdan olan qızı Suri 15 yaşındadır.

Demokratikmusavat.com 

0.51247692108154