Kanalizasiya qapağının oğurlanmaması üçün bu üsula əl atdılar - VİDEO

 

Sumqayıt şəhərində yaşayış binalarının yaxınlığında olan kanalizasiya qapağı zəncirlənib. Metal qapaq oğurlanmasın deyə bu cür fərqli metodan istifadə ediblər.

Qapaqlar oğurlandıqdan sonra ərazidə təhlükəli vəziyyət yaranır. Çünki yaxınlıqda yaşayış binası ilə yanaşı, körpələr evi-uşaq baxçası da var və hər an buradan keçənlər kanalizasiya quyusuna düşə bilər.

Bəs görəsən kanalizasiya qapağını kim zəncirləyib?

Demokratikmusavat.com xəbər verir ki, mövcud məsələ ilə bağlı "Azərsu" Açıq Səhimdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsindən '' Xəzər Xəbər''ə bildirilib ki, nəinki, 9-cu mk-da, eləcə də şəhərin müxtəlif ərazilərində kanalizasiya qapaqlarının oğurlanması hallarının qarşısının alınması istiqamətində ciddi tədbirlər görürlər. Ancaq sözügedən ərazidə kanalizasiya qapağı bu qurum tərəfindən zəncirlənməyib.

Sumqayıt Sukanal İdarəsindən güman edilir ki, yaxınlıqda yaşayan sakinlər özləri qapağı zəncirləyib. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Demokratikmusavat.com

0.26589417457581