Bakıda avtomobil qadını vurub

 

Paytaxtın Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Demokratikmusavat.com bildirir ki, yol qəzası M.Şahbazov küçəsində qeydı alınıb.

1963-cü il təvəllüdlü Qaraşova Yeganə Musa qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı aqonal vəziyyətdə özəl klinikalardan birinə yerləşdiriıib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
 

Demokratikmusavat.com

0.1676390171051