Məşhur aktyor mükafatını geri qaytarıb

 

Məşhur Hollivud aktyoru Tom Kruz "Qızıl Qlobus"dan (Golden Globe) qazandığı mükafatları geri qaytarıb.

Demokratikmusavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı aktyora yaxın mənbələrə istinadən xəbər verib.

Amerikalı aktyor bu addımını "Qızıl Qlobus" beynəlxalq mükafatının münsiflər heyətində cəmiyyət nümayəndələrinin müxtəlifliyinin təmin edilməməsi ilə əlaqələndirib.

Qeyd olunur ki, aktyor öz mükafatlarını Hollivudun nəzdində bu mükafatın qaliblərinin müəyyənləşdirilməsində məsul olan Xarici Jurnalistlər Cəmiyyətinə təqdim edib.

Demokratikmusavat.com

0.1458580493927