Zəngəzur dəhlizi - Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km azalır

 

Sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin qələbəmizlə başa çatdı. Şanlı ordumuz 44 gün ərzində düşmən tapdağında olan torpaqlarımızı azad etdi.

Döyüş meydanında məğlub olan Ermənistan Noyabr ayının 10-da kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bəyanat 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında imzalanmışdır.

Bu bəyanatın şərtlərində təkcə hərbi əməliyyatların dayandırılması deyil, həm də nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulub. Daha dəqiq imzalanan üçtərəfli bəyanatda həmçinin qeyd edilir ki, bölgədə iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Belə olduqda Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında quru əlaqə təmin edilməlidir. Hazırda gündəmdə olan əsas məsələlərdən biri də, Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhlizin açılmasının bölgə və regional iqtisadiyyata müsbət təsiri olacaq. Qismən blokadada olan Naxçıvan Muxtar Respublikasının Azərbaycanla birbaşa quru yolla əlaqəsi təmin ediləcək.Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycan arasındakı məsafəni 400 km azaldacaq. Bu isə xərclərin azalması həm də, ticarətlə məşğul olanların arasıda rəqabətin genişlənməsi deməkdir. Dəhlizin açılması türkdilli ölkələrin iqtisadiyyatına müsbət təsir göstərəcək.

Dəhlizin açılmasında Ermənistanın və Rusiyanın maraqları nədir?

Bu dəhliz ölkəmizə necə xeyir verəcəksə, Rusiya və Ermənistana da dvidentlər gətirəcək. Ermənistan buna qarşı çıxmasına baxmayaraq sonda buna razılaşacaq. Həm bəyanatın şərtlərinə görə, həm öz xeyirlərinə görə.

1. Ermənistan bu dəhlizin açılmasıyla blokadadan çıxır.

2. Maddi gəlir əldə edəcək.

3. Rusiya ilə birbaşa dəmiryolu əldə edəcək.

Rusiya isə dəhlizin açılmasında həm iqtisadi həm siyasi maraqlar güdür.

Ermənistan razı olmasa da, Rusiya Ermənistanı buna məcbur edəcək, çünki Ermənistanın dəmiryollarını idarə edən Rusiyadır.

Prezident İlham Əliyevin mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Zəngəzur dəhlizinin açılması məsələsindən danışması bu məsələnin həm ölkəmiz üçün, həm də bölgəmiz üçün xüsusi önəmi olduğunu bir daha göstərdi.

Fərid Zöhrabov
Trend

0.16590595245361