"Sevgili olduğumuzu gizlətməmişik"

 

Türkiyəli aktyor Kərəm Bürsin həmkarı Hande Erçel ilə sevgili olduqları barədə ilk dəfə açıqlama verib.

Demokratikmusavat.com axşam.az-a istinadən xəbər verir ki, aktyor çəkiliş meydançasında müxbirlərlə söhbət edib:

"Sevgili olduğumuzu heç vaxt gizlətməmişik. Əvvəldən çox yaxşı dost idik. İndi hər şey çox gözəldir".

Qeyd edək ki, cütlük "Sen çal kapımı" serialında sevgili obrazına həyat verir. Onlar Maldiv istirahətindən qayıdarkən hava limanında ilk dəfə əl-ələ görüntülənmişdilər.

Demokratikmusavat.com

0.21886587142944