Türkiyədən MÜHÜM QƏRAR - Milyonlarla dollarını geri almaq istəyir - ÖZƏL AÇIQLAMA

 

"Türkiyənin ABŞ-dan F-35 Lightning II qırıcı-bombardmançı təyyarələrinin alınmasını iki ölkə arasında yaxınlaşma kimi qəbul edilməməlidir".

Bunu Demokratikmusavat.com-a açıqlamasında türkiyəli məşhur hərbi-siyasi eksperti Ceyhun Bozkurt deyib.  

Ekspert bildirib ki, F-35 təyyarələrinin alışı Türkiyə üçün artıq bitib:

"Türkiyə F-35 proqramının 9 istehsalçı ölkəsindən biri idi və ABŞ-ın qanunsuz hərəkəti nəticəsində proqramdan kənarlaşdırıldı. Türkiyənin pulunu ödədiyi 8 təyyarə Türkiyəyə gətirilmədi. Bu hadisə qanunsuz bir vəziyyət yaratdı. Müdafiə Sənayesi Başçısı İsmail Dəmirin Türkiyənin ABŞ-dan F-35 Lightning II qırıcı-bombardmançı təyyarələrinin alınması ilə bağlı dialoqlarının başlaması barədə etdiyi açıqlaması Türkiyənin bu ədalətsiz mühitdə hüquqlarını itirməmək üçün atılan bir addım olduğuna işarədir. Başqa sözlə, Türkiyə qəsb edilmiş hüquqlarını bərpa etmək üçün ABŞ-la bir masa arxasıında oturacaq. ABŞ da etdiyi hərəkətin doğru olmadığını bilir. Çünki proqram çərçivəsində bir tərəfdaş digərinə "səni proqramdan çıxardım" deyə bilməz.

Türkiyə qanuni bir şəkildə hüquqları qorumaq üçün yaradılan dialoq kanalına daxil olacaq. Onsuz da F-35 alışı Türkiyə üçün artıq bitib. Bundan sonra Türkiyə bütün gücünü öz təyyarəsini hazırlamağa sərf edəcək.

Türkiyənin Co Bayden hakimiyyətinə münasibəti də çox açıqdır. Bu mövzuda Türkiyə tarixi həqiqətlərin saxtalaşdırılacağı heç bir dialoqa girmir. Həm də bu məsələ qanuni bir məsələdir. "Soyqırımı" qanuni bir termindir. Yəhudi soyqırımı və Xocalı soyqırımı kimi həqiqi mənada soyqırımlar olsa da, ermənilərə qarşı tərəfimizdən heç bir soyqrımdan söhbət gedə bilməz, faktlar göz qabağındadır. Tarixin heç bir dövründə türklər heç vaxt soyqırım törətməyiblər.

"S-400" məsələsində də Türkiyə geri addım atmaq haqqda düşünmür. Bu iş də bitdi. Türkiyə öz yüksək yüksəkmənzilli hava hücumundan müdafiə sistemini hazırlayana qədər hava müdafiə sistemi "S-400" olacaqdır. Türkiyə, Qərb müttəfiqlərinə onlardan hava hücumundan müdafiə sistemi almaq üçün bir neçə dəfə müraciət edib. Lakin qarşılıqlı şərtlər uyğun gəlmədi. Bu səbəbdən də  ABŞ-dan "Patriot"un alışı dayandırıldı. Onlar onsuz da buna çox maraqlı deyildilər.

Türkiyə artıq var gücü ilə SİPER adlı milli uzaqmənzilli hava hücumundan müdafiə sistemini hazırlamağa köklənib. İsmail Dəmir 20 km hündürlüklə əvvəl 100 km məsafəyə qədər hədəfi vurmaq imkanı olacaq hava müdafiə sisteminin hazırlıqlarının getdiyini açıqladı. SİPER-in tam olaraq 2023-cü ildə istifadəyə veriləcəyi deyilir".

Xatırladaq ki, Türkiyə F-35 proqramı çərçivəsində 8 təyyarə üçün ABŞ-a 1.25 milyard dollar pul verib.

Təhməz Əsədov

Demokratikmusavat.com

0.22261595726013