Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, baş nazir Kazanda baş vermiş faciə nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa arzulanıb.

Demokratikmusavat.com

0.26260805130005