Böyük sinələr: ləyaqət, yoxsa lənət? - Seksual sarışın fikrini bildirdi – FOTO

 

Hesab edirlər ki, böyük sinəyə sahib olan qadınlar  kişilərin diqqətindən yayınmır və  asanlıqla istənilən yüksəkliyə çatırlar.

Demokratikmusavat.com "bizim.media"ya istinadən xəbər verir ki, "Woman.ru" saytı bunun həqiqətən belə olub olmadığını araşdırıb və rusiyalı müğənni, teleaparıcı və aktrisa Anna Semenoviçin münasibətini öyrənib.

O, düşüncələrinə "Ailəmizdə kiçik sinəsi olan qadın yoxdur. Büstümlə fəxr edirəm!" sözləri ilə başlayıb.

Qeyd edək ki, 2016-cı ilə qədər Annanın sinəsi doqquzuncu ölçüyə çatıb.

"Sinəmin böyüməsi problemi ilə əlaqədar həkimə müraciət etdim və mənə reduksiya (kiçiltmək) etməyimi məsləhət gördülər. Üç il əvvəl qərar verdim: sinələrimi doqquzuncudan beşinci ölçüyə endirdim. İndi altıncı ölçüdəyəm". Anna 2019-cu ildə belə deyib.

"Bir çox insan populyarlığımın sirrinin lüks büst olduğunu düşünür", deyə o, əlavə edib.

"Bununla belə, şou-biznesdə iri sinəli qadınlar çoxdur. Belə ki, əsas iş sinədə  deyil. Biri məni seksual bir sarışın kimi görmək istəyirsə - buyurun! Bu müvəqqətidir. Bir çox insan mənim tamamilə kütbeyin bir adam olduğumu düşünürdü. Ancaq bu gün filmlərdə çəkilirəm, canlı oxuyuram! Buna görə sinələrdən danışmayın". Anna Semenoviç yekunlaşdırıb.

Demokratikmusavat.com

0.13813400268555