Qüds Günü Qüds yandı, Şərq çalxalandı

 

Qəzza bölgəsindəə HƏMAS yaşayış binalarının arasından, məhəllələrdən raket qurğuları ilə İsraili atəşə tutur.

Dinc, günahsız insanlardan "canlı sipər" kimi istifadə edərək.

Kustar usulla hazırlanmış raketləri buraxır, o raketlərin tam əksəriyyətini İsrailin "İron Dome" ("Dəmir Qübbə") sistemi havada məhv edir.

Türkiyədə və ərəb ölkələrində Fələstinə dəstək mitinqləri keçirilir.

Həmişə olduğu kimi.

İsrailin isə eyninə deyil: terrorçuları vurur.

Bugünkü olayı əvvəlkilərdən nə fərqləndirir?

Yorğunluq.

Ümidsizlik.

Fələstinlilər kustar raketləri hara gəldi, atırlar.

İsraillilər sığınacaqlara doluşur və bunun nə zaman bitəcəyini gözləyirlər.

Həlak olanların çoxu isə uşaqlardır.

Həmişəki kimi...

İsraildə Qüds Günündə fələstinlilərlə İsrail polisi arasında toqquşma olub, HƏMAS və Fələstindəki digər qruplaşmalar İsraili raket atəşinə tutublar, Şərq ölkələrində fələstinlilərə dəstək mitinqləri keçirilib, Qərbdə isə siyasətçilər narahatlıqlarını bildiriblər.

İsrail-Fələstin münaqişəsinin tarixində ilk dəfə olaraq rəsmi Təl-Əviv amerikalılara, Vaşinqtona səslənərək "sizinlə yanaşı, başqalarından da rica edirik ki, baş verənlərə müdaxilə etməyin: bu daxili məsələmzdir".

Beləliklə, İsrail rəhbərliyi ilə ABŞ prezidenti Co Bayden administrasiyası arasında mövqe fərqləri ilə bağlı ilk kəskin antoqonizm nümayiş olundu.

"Heç bir ekstremist elementlərə Yerusəlimdə sakitliyi pozmağa imkan verməyəcəyik. Qanunlar və qaydaları enerjili, məsuliyyətli şəkildə dəstəkləyəcəyik. Eyni zamanda terrorçu təşkilatlara deyirəm: Qəzza sektoru tərəfdən istənilən aqressika aktına İsrail çoz güclü cavab verəcək", - İsrailin baş naziri Binyamin Netanyahu Qüds Günündə deyib çıxışında dedi.

Qüds Günü 1967-ci ilin iyununda, Altıgünlük Savaşın nəticəsində Qüds şəhərinin şərqinə nəzarətin İsrailin əlinə keçməsi münasibətilə qeyd olunur.

İsrail Yerusəlimi vahid və bölünməz paytaxtı sayır. Fələstinlilər isə Yerusəlimin şərqini, Əl Qüdsü İsrialin işğal etdiyi ərazi bilirlər və şəhərin bu hissəsini öz paytaxtları elan etmək niyyətindədirlər.

Şəhərdəki vəziyyət apreldə, Ramazan ayı başlayanda gərginləşməyə başlamışdı. İsrail polisi təhlükəsizlik tədbirlərini nəzərə alaraq Köhnə Həhərdəki Dəməşq darvazasının qarşısındakı pillələrə müsəlmanların yığışmasını yasaqlamışdı. Qüdsün bütün müsəlman sakinləri axşam namazından sonra Ramazan aylarında buraya toplaşırlar.

Polisin qərarı fələstinli gənclərin kəskin etirazlarına səbəb oldu, az sonra kütləvi etirazlar başlandı. Sosial şəbəkələrdə isə yəhudilərə hücumlara çağırışlar edildi.

Ən məşhuru isə TikTok-dakı video oldu: həminv ideoda fələstinli yeniyetmə şəhər tramvayında ultramühafizəkar yəhudiyə şillə vururdu.

Sonra belə insidentlrə təkrarlandı, soyuq və odlu silahdan istifadə ilə teraktlar baş verdi, yəhudilər arasında həlak olanlar və yaralananlar qeydə alındı.

Şərqi Yerusəlimdəki Şeyx Cərrah məhəlləsindən bir neçə fələstinli ərəb ailənin köçürülməsi barədə İsrail məhkəməsinin qərarı vəziyyəti daha da gərginləşdirdi. Məhkəmənin hökmündə deyilir ki, 1948-ci ildə İsrail dövləti yarananadək həmin məhəllədəki binalar yəhudi ailələlərə məxsus olub.

Beləcə, əmlak məsələsi siyasiləşdi. Fələstinlilər də 1948-ci il savaşından sonra israillilərin əlinə keçmiş evlərini və torpaqlarını qaytarmaq istədiklərini bəyan etdilər.

Vəziyyəti belə görən İsrial Ali Ədalət Məhkəməsi (BAQAS) ölkə hökumətinin hüquq müşaviri Avixay Mandelblitin müraciətini nəzərə aldı və Şeyx Cərrahdakı mübahisəli məsələlərlə bağlı yekun qərarı təxirə saldı.

İşdə 30 gün ərzində baxılmalıdır.

Daha sonra Əl Əqsa məscidində namaz qılan müsəlmanlara İsrail polisi hücum etdi, toqquşma oldu. Əl Əqsanın direktoru Ömər əl Kisvaninin dediyinə görə, toqquşmada 300 fələstinli və 21 israilli polis yaralanıb.

Durum Fələstindəki HƏMAS-ı da aktivləşdirdi. Uzun sürən fasilədən sonra HƏMAS yenidən İsrail ərazilərini raketlərlə vurmağa başladı.

Dünən HƏMAS İsrailə ultimatum verdi: əgər İsrial hərbçiləri və polisləri Əl Əqsa il Şeyx Cərrahdan çıxarılmasalar, raket atışları daha da fəallaşacaq.

Fələstindəki "İslami Cihad" qruplaşması da İsrailə hücuma keçdiyini bəyan etdi.

İsrail buna hazır idi. Müdafiə Ordusunun (SAXAL) planlaşdırılmış təlimləri təxirə salındı, əhali bomba sığınacaqlarına üz tutdu, hava hücumundan müdafiə sistemi olan "Dəmir Qübbə" işə salındı.

Daha sonra İsrailin Müdafiə Nazirliyi "Divar Mühafizi" əməliyyatına başladığını bəyan etdi və Qəzza bölgəsində 130 hədəfi vurdu.

Dünən gecə Qəzza bölgəsindən İsrailin 11 şəhərinə 227 raket atıldı və onların 90 faizini "Dəmir Qübbə" sistemləri səmada vurdular.

Fələstindəki "Kətaib İzz əd Din əl Qəssam" ("İzəddin əl Qəssam briqadaları") qruplaşması İsrailə qarşı yenilənmiş, 120 km məsafədəki hədəfləri vura bilər "Əttar A120" raketlərindən istifadə etdiyini bildirir. Raket qruplaşmasının mərhum komandiri Raid əl Əttarın adını daşıyır.

İsrailə habelə, S40 raketləri də atılıb.

İsrail blokadada olan Qəzzanın yeganə ticarət sərhəd qapısı olan "Kerem Əbu Səlim"i bağladığını açıqlayıb.

İsraildə yaşayış binasına düşən raket nəticəsində 6 mülki şəxs yaralanıb. Fələstin Səhiyyə Nazirliyi isə bəyan edib: "İsrailin bombalaması nəticəsində 9-u usaq olmaqla 24 mülki şəxs həyatını itirib. 103 nəfər yaralanıb".

İsraillə Fələstin arasındakı yeni qarşıdurma dünən Avropa Birliyi ölkələrinin XİN başçılarının görüşündə və BMT Təhlükəsizlik Şurasının xüsusi iclasında müzakirə olunub.

Vəziyyəti ağırlaşdıran digər məqam İsraildəki ağır daxili siyasi böhrandır.

Knessetə (ölkə parlamenti) martda keçirilmiş seçkilərdən bəri İsraildə siyasətçilər hökuməti formalaşdıra bilmirlər. Ötən həftədə hökuməti formalaşdırmaq səlahiyyəti baş nazir Binyamin Netanyahudan parlament müxalifətinin lideri Yair Lapidə keçib.

Bütün bunlar bəlli. Bəs əslində nə baş verir?

Şeyx Cərrah məhəlləsindəki evləri yəhudilər iki dəfə satın alıblar: bir dəfə 19-cu əsrdə, sonra sənədlərin gerçək olması ilə bağlı mübahisələr yarananda 20-cit əsrdə. Amma o evlərdə icarədə qalan ərəblər köçmək istəmirlər.

Əl Əqsa ilə bağlı. Artıq həftələrdir ki, bu məsciddəki xütbələrdə İsrailə qarşı yeni "intifada"ya başlamaq çatğırışları edilir. Fələstinlilər də namazdan çıxanda məscidin giriş darvazalarında durmuş polislərə dah, butulka və s. atır, sonra həbs başlayanda qaçıb məsciddə gizlənirlər.

Məhz bu səbəbdən İsrail polisi Əl Əqsa məscidində xüsusi əməliyyat keçirmək məcburiyyətində qalmışdı.

HƏMAS isə fələstinliləri hamıdan yaxşı müdafiə etdiyini göstərməyə çalışır. Fələstindəki hakimiyyət də seçkiləri təxirə salaraq HƏMAS-ı daha da gücləndirib.

HƏMAS - ərəb mediasının iddialarına rəğmən - boş yerləri yox, şəhərləri atəşə tutub, raketlər atıb.

Özü də HƏMAS-ın raket buraxılış qurğuları Qəzza bölgəsində yaşayış məhəllələrində olub.

Elçin Alıoğlu
Demokratikmusavat.com

0.57471919059753