Günay İbrahimli efirləri bəyənmir

 

Müğənni Günay İbrahimli telekanalları tənqid edib.

Demokratikmusavat.com axşam.az-a istinadən bildirir ki, sənətçi İnstaqram hesabına gələn "Sizi efirlərdə niyə az görürük" sualını cavablayərkən, kanallardakı proqramlardan narazılığını bildirir:

"Heyf ki, istədiyim keyfiyyətdəki verilişlər çox azdır. İşıqlanma, görüntü, səslənmə və çəkiliş meydançası aşağı səviyyədədir".

Günay həmçinin çox insanla dostluq etməyi sevmədiyini də bildirib:

"Həyatımda və ətrafımda çox adam olmasını heç zaman sevməmişəm. Dostlarım azdır".

Demokratikmusavat.com

0.30808997154236