Aktrisa qalmaqallı bakirəlik səhnəsindən danışdı

 

Türkiyədə "Kanal D"də yayımlanan "Camdaki kız" serialının baş rol ifaçılarından Nur Sürer səs-küyə səbəb olan səhnə ilə bağlı açıqlama verib.

Demokratikmusavat.com axşam.az-a istinadən xəbər verir ki, 66 yaşlı aktrisa qalmaqala səbəb olan bakirəlik testi səhnəsi ilə bağlı ilk dəfə danışıb:

"Mən də bu mövzuda çox həssasam. Ümid edirəm ki, bunu qızlarına məcbur etdirən ailələrə dərs olar. Nə olsun ki, sərt təpkilər gəlib? Nəticədə, belə bir şey bu ölkədə yaşanır. Biz də aktrisalar olaraq bunu göstərdik".

Qeyd edək ki, Burcu Biriciyin canlandırdığı Nalan obrazı serialın 3-cü seriyasında məcburi şəkildə bakirəlik testinə salınmışdı. Nur Sürer ekran işində Nalanın anası Fəridə obrazını canlandırır.

Demokratikmusavat.com

0.19103789329529