Amerikalı ravvin: "Azərbaycanda bütün dini konfessiyaların nümayəndələri sülh və dostluq şəraitində yaşayır"

 

"Azərbaycanda dini tolerantlıq inkişaf edib, ölkədə sünni və şiələr bir-birlərinə qarşılıqlı hörmət edir".

Demokratikmusavat.com Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper Bakıda "2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Azərbaycanda bütün dini konfessiyaların nümayəndələri sülh və dostluq şəraitində yaşayır. Amerikalı ravvin həmçinin terrorizmə qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. O, belə konfransların keçirilməsinin bu istiqamətdə çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Demokratikmusavat.com

Digər maraqlı xəbərlər Demokratikmusavat.com-ın Facebook səhifəsində

0.11483788490295