“Premium Travel” rəhbəri Aydın Əhmədov: "Novruz bayramına otellərdəki nömrələrin 90%-dən çoxu tutulub"

 

 

Bu ilin əvvəlində Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilir. Bunu açıqlanan həm rəsmi, həm də qeyri-rəsmi hesabatlar da təsdiq edir. İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı rəqəmlərə görə, Azərbaycan Prezidenti ötən ilin dekabrında “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ni təsdiq etdikdən sonra turistlərin sayında artım olub. Bu ilin ilk yarısında bu rəqəm ötən ilə nisbətən 24% artıb.

Ölkə qanunvericiliyində baş verən dəyişikliklər və turistlərin sayının artması turizm firmalarının fəaliyyətinə də təsirsiz ötüşməyib. “Premium Travel” şirkətinin rəhbəri Aydın Əhmədov “Report”a turizm sektorunda baş verən proseslərlə bağlı fikirlərini bölüşüb

Rəsmi məlumatlara görə, bu il Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilir. Bu il ölkəyə gələn xarici qonaqlar daha çox hansı ölkələrdəndir?

Ötən illərə nisbətən bu il Azərbaycana turist axını daha da artıb. Ölkəmizə gələn turistlərin əsas hissəsini ərəb ölkələrindəndir. Bununla yanaşı Avropa ölkələrindən, Rusiya və Türkiyədən gələn turistlərin sayında da artım müşahidə edilir.

Bəs Azərbaycan vətəndaşları hansı ölkələrə səfər etməyi üstün tuturlar?

Azərbaycandan xaricə səfərlər zamanı isə müştərilər əsasən Türkiyəyə üstünlük verirlər. Müştərilərimizə təklif etdiyimiz tur paketlərə gündə 5 dəfə qidalanma da daxildir. Hazır paketlərimiz ucuz olduğu üçün çox sərfəlidir. Avropa ölkələrindən isə Çexiyaya əsasən müalicəvi səfərlər olur. Həm də yeni il öncəsi Çexiyaya səfərlər çox olacaq.

Azərbaycana turizm axının əsas səbəblərindən biri kimi manatın xarici valyutalar qarşısında devalvasiyası da göstərilir. Maraqlıdır ki, niyə məhz ərəb turistlərinin sayı nəzərəçarpacaq dərəcədə artıb?

Manatın xarici valyutalar qarşısında ucuzlaşmasından sonra xarici dövlətlərin Azərbaycana marağı artıb. Çünki turistlər Azərbaycana dollarla gəlir və onlar həmin valyutanı satıb manat alanda daha çox xərcləyirlər. Həm də ərəb dövlətləri üçün “ASAN Visa” sisteminə keçildi. Bununla da ərəb turistləri vizanı hava limanında almağa başladılar. Digər tərəfdən də Azərbaycan təhlükəsiz ölkədir. Bir məsələni də əlavə etmək istəyirəm ki, Azərbaycandakı otellər Dubay və baş iri şəhərlərdəki otellərlə müqayisədə qat-qat ucuzdur.

Azərbaycandakı otellərin artan turist tələbatını ödəmək imkanı varmı?

Turistlərin sayı artdıqca otellərdə boş nömrələr tapmaq da çətinləşir. Məsələn, artıq Novruz bayramına otellərdəki nömrələrin 90%-dən çoxu tutulub. Ölkəmizdə yeni otellərə xüsusən də 4 ulduzlu otellərə ehtiyac çoxdur. Bu tipli otellər Azərbaycanda çox azdır.

Azərbaycana gələn turistlər daha çox hansı tip otelləri seçirlər?

Dubay, Qətər və Küveytdən olan turistlər əsasən mərkəzə yaxın otelləri seçirlər. İraq vətəndaşları isə əsasən kənarda olan bir qədər ucuz otellərə üstünlük verirlər.

Yeni vergi qanunvericiliyinə görə, artıq tur paketlərin nağd şəkildə alınması mümkün deyil. Bu qaydalara etiraz edən bəzi turizm şirkətləri müştərilərinin əsas hissəsinin İran vətəndaşları olduğunu və həmin ölkədə “Visa”, “Mastercard” ödəniş sistemlərinin olmadığını əsas gətirirdilər. Siz bu problemləri necə həll edirsiniz?

Doğrudur, yeni vergi qanunvericiliyinə görə, tur paketlərin nağd satışı mümkün deyil. Amma plastik kartdan istifadə etməyən müştərilər bu paketləri vəsaiti banka köçürmək yolu ilə əldə edirlər. Bu məsələdə işlərimiz bir qədər çətinləşib. Belə hallar əsasən yerli vətəndaşlarla baş verir. Yeni qaydalar banklar üçün üstünlüklər qazandırır. Vətəndaşlar çalışır ki, bankdan plastik kart alsın. Əgər bank turizm firmasının ofisindən kənarda yerləşirsə bank yolu ilə ödənişdə müəyyən çətinlik yaranır. Ona görə də hamı çalışır ki, terminalları vasitəsi ilə ödəniş sisteminə keçsin. İran vətəndaşları isə ödənişi bank yolu ilə həyata keçirirlər. Bu proses isə 3-4 iş günü vaxt aparır.

 

Azərbaycana gəlib-qayıdan müştərilərin narazılıq etdiyi məqamlar nədən ibarətdir?

Müştərilərimizin əsas narazılığı taksilərlə bağlıdır. Sonuncu dəfə Azərbaycana gələn müştərilərimizin aeroportdan otelə və oteldən aeroporta daşınmasını biz həyata keçirmişdik, amma şəhərdə gəzintini isə özləri həyata keçirmişdilər. Təkcə onları Bulvar oteldən şəhərin mərkəzinə 100 dollara aparmışdılar. Onlar isə bizə narazılıq edirdilər. Turistlərin digər narazılığı isə restoranlardakı xidmətlərin aşağı olması olması ilə bağlıdır. Otellərdə isə xidmətlər daha yüksək səviyyədədir. Taksi xidmətləri ilə bağlı narazılıq olduqda biz buna heç cür müdaxilə edə bilmirik, amma restoranlarla bağlı problem olanda həmin restorana xəbərdarlıq edirik.

Azərbaycanın regionlarına turistlərin marağı varmı? Turistlər əsasən hansı regionlara gedirlər?

Turistlər əsasən Qəbələ və ətraf rayonlara üstünlük verirlər. Xüsusən də Şamaxıdakı “Sakit göl” onların çox xoşuna gəlir. Balıq mövsümündə daha çox oranı seçirlər. Amma indi artıq qış mövsümü gəldiyi üçün ən populyar Qusar və Qəbələdəki Tufandağ turistlərin marağına səbəb olur.

Azərbaycanda bu sahəni daha da inkişaf etdirmək üçün aidiyyəti qurumlara hər hansı təklifiniz olubmu yaxud indi nə təklif edərdiniz?

Necə ki, ərəblər üçün viza rejimi sadələşdirilib, Hindistan və bir sıra Avropa ölkələrinin vətəndaşları üçün də eyni addımın atılması yaxşı olardı. Həmin ölkələrin vətəndaşları da ərəblər kimi vizanı hava limanında alsalar bu müsbət addım olardı.

Digər təklifimiz isə “demping”lə bağlıdır. Əgər turizm şirkətləri satışları standart faizlərlə yerinə yetirsələr bu zaman onların müflis olma ehtimalı da azalır. Bu turistlər üçün də yaxşıdır. Çünki, adətən müştərilər paketləri səfərə yaxın vaxtda alır və məlum olur ki, artıq onlara ucuz qiymətə paket satan şirkət yoxdur, bağlanıb. Ona görə də biz müştəriləri ucuz təklifə aldanmamağa çalışırıq.

Aviabiletlərin yaxud tur paketlərin rezervasiyası zamanı hansı problemlər yaranır?

Aviabiletlərin rezervasiyası zamanı o qədər də problem olmur. Əsasən narahatlıqlar otellərdə yaranır. Rezervasiyadan sonra qoyulan müddətdə ödəniş edilmədikdə rezervasiya ləğv edilir. Müştəri yaxınlaşada isə görür ki, ya rezervasiya ləğv edilib yaxud da qiymət qalxıb.

Şəxsən bizim şirkətdə bu tipli problemlər olmur. Çünki şirkətin kapital balansı bizə əvvəlcədən ödəniş etməyə imkan yaradır.

0

Qayınanasını bıçaqladı, 1 illik həbs cəzası aldı


Fəryad edən ananı yumruqladılar, qızı qaçırdılar - VİDEO - FOTO


Kapital Bank komissiyanı ləğv etdi


""Maşın"da bu dəfə xanımlar və cənablar arasında mübarizə olacaq"


İlkin Həsəni ata olacaq

Azərbaycanda bəzi cinayətlərə görə həbs cəzaları maliyyə sanksiyaları ilə əvəz olunur


Ən yaxşı təbiət fotoları seçilir - FOTO


Çempionlar Liqasında gecənin nəticələri - YENİLƏNİB - VİDEO - FOTO


16 yaşlı gözəl Eyfel qülləsinin qarşısında - FOTO


Kutsidən sonra keçmiş arvadı da nişanlısından ayrıldı - FOTO


Ayan yeni görkəmi ilə diqqət çəkdi - FOTO


4 yaşlı uşaq yük maşınının altında qaldı


"Kara Sevda"nın "Zeynep"i

0.17995619773865